Xaçmazda müəllim dəm qazından boğularaq ölüb

  • Müəllif: Admin08
  • 09 Oktyabr 2025 09:44

Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info