Ceyhun Bayramov Avstriyaya getdi

  • Müəllif: Firuzə
  • 03 Dekabr 2025 12:18

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Gununsesi.info-ya XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Gununsesi.info