Qobunun bəzi ərazilərində işıq olmayacaq

  • Müəllif: Firuzə
  • 03 Dekabr 2025 12:55

Bu gün Qobu qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq”dan Gununsesi.info-ya verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qobu qəsəbəsində 3 dekabr tarixində 35/0.4 kV-luq Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 15:00-dək qəsəbənin bəzi ərazilərində – Səməd Vurğun və Hərbi şəhərçik küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunur.

Gununsesi.info