Azərbaycanlı hərbçi Ukraynadakı döyüşlərdə itkin düşdü

  • Müəllif: Ayshan
  • 18 Dekabr 2025 19:19

Azərbaycan ordusunda 20 ildən çox xidmət etmiş, vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan baş gizir Ruşanov Famil Namaz oğlu Ukraynada gedən müharibədə itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə hərbçinin yaxınları məlumat yayıb.

“Ruşanov Famil Namaz oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada itkin düşüb, 5 aya yaxındır ondan xəbər yoxdur.
Məlumata görə o 25-ci ordunun 37-ci alayının tərkibində döyüşlərdə iştirak edib” – deyə qeyd olunur.

Gununsesi.info