Üç ölkə Ukraynanın NATO-ya qoşulmasına razı olmayacaq

  • Müəllif: Ayshan
  • 18 Dekabr 2025 19:05

ABŞ, Macarıstan və Slovakiya Ukraynanın NATO-ya daxil olmasına razı olmayacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte bildirib.

“Birlik üzvlərinin bir neçəsi Ukraynanın NATO-ya qoşulmasına razı olmayacaqlar. Bura ABŞ, Slovakiya və Macarıstan kimi ölkələr daxildir”, – deyə o bildirib.

Dekabrın 9-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya qoşulmaq şansının olmadığını bildirib. O qeyd edib ki, ABŞ da daxil olmaqla, alyansın əsas üzvləri Ukraynanın bloka qoşulmasına hazır deyillər.

Gununsesi.info