Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti yenidən gündəmdə

  • Müəllif: Orxan
  • 05 Yanvar 2026 14:47

Ötən il Gürcüstan hökuməti rəsmiləri tezliklə Bakı-Tbilisi-Bakı arasında sürət qatarı vasitəsi ilə sərnişin daşımanın fəaliyyətə başlayacağı barədə anonslar vermişdi.

Ancaq sonradan Azərbaycan hökumətinin bu məsələdə tələsməməyə üstünlük verməsi prosesi gündəmdən çıxartmışdı.

Əldə etdiyimiz son məlumata görə, sözügedən məsələ yenidən  gündəmdədir. 

Belə ki, Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, iki ölkə arasında olan bu məsələnin müzakirəsi başa çatıb, hətta yeni “stadler” qatarlarının test mərhələsi başlayıb.

Bu isə yaxın zamanlarda həlli çoxdan gözlənilən məsələnin baş tutmasından xəbər verir.

Elmar

Gununsesi.info