ABŞ Venesuelaya qarşı sanksiyaların ləğvinə hazırlaşır

  • Müəllif: Firuzə
  • 11 Yanvar 2026 11:17

ABŞ Venesuelaya qarşı sanksiyaların əsaslı şəkildə ləğvinə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

“ABŞ maliyyə naziri Skott Bessent deyib ki, neft satışını asanlaşdırmaq üçün Venesuelaya qarşı əlavə sanksiyalar gələn həftənin əvvəlində ləğv edilə bilər.

Maliyyə naziri həmçinin BVF və Dünya Bankının rəhbərləri ilə Venesuela ilə əməkdaşlığın bərpasını müzakirə etmək üçün görüşməyi planlaşdırır”, – agentlik bildirib.

Gununsesi.info