ABŞ vətəndaşlarını bu ölkədən çıxmağa çağırdı

  • Müəllif: Firuzə
  • 11 Yanvar 2026 12:19

ABŞ vətəndaşlarına Venesuelanı dərhal tərk etmələri və ölkəyə səyahət etməmələri tövsiyə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub.

“Venesuelada təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Beynəlxalq uçuşların bərpa olunması ilə əlaqədar olaraq, Venesueladakı ABŞ vətəndaşlarına ölkəni dərhal tərk etmələri tövsiyə olunur”, – bəyanatda bildirilib.

Departamentdən vurğulanıb ki, ABŞ vətəndaşları Venesuelanı tərk etməzdən əvvəl ayıq olmalı və ətrafdakılara diqqət yetirməlidirlər.

Gununsesi.info