İran generalı və ailə üzvləri öldürüldü

  • Müəllif: Firuzə
  • 31 Mart 2026 17:45

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri, general Cəmşid Eşaqi ABŞ və İsrailin həyata keçirdiyi hücum zamanı ölüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, general-mayor Əhməd Vahidi rəsmi açıqlama verib.

“Tasnim” komandanın bəyanatından sitat yayımlayıb:

“Silahlı Qüvvələrin Baş Qərargah rəhbərinin müşaviri Cəmşid Eşaqi və onun bir sıra ailə üzvlərinin terror hücumu nəticəsində şəhid olmaları ilə əlaqədar başsağlığı diləklərimi çatdırıram”. (Oxu.az)

Gununsesi.info