İmtahandan qayıdan şagirdlər qəzaya düşdü

  • Müəllif: Firuzə
  • 26 Aprel 2026 20:35

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.

Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info