Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kəmaləddin Heydərov tərəfindən aparılan görüş mayın 4-də baş tutacaq.
Qeyd edək ki, Qəbulda Xankəndi, Ağdərə və Xocalı sakinlərinin müraciətlərinə baxılacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.












