DGK sədri Naxçıvanda vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvanda vətəndaşları qəbul edəcək.

Bu barədə Gununsesi.info-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Görüş mayın 6-da Naxçıvan şəhərində baş tutacaq.

Bildirilib ki, qəbul Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edəcək.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

 

 

Gununsesi.info