Baş prokuror Masallıda vətəndaşlarla görüşəcək

Baş prokuror Kamran Əliyev Masallı rayonunda vətəndaş qəbulu keçirəcək.

Bu barədə Gununsesi.infoya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş mayın 15-i saat 10:00 baş tutacaq.

Qəbul Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərini əhatə edəcək.

 

Gununsesi.info