Finlandiya prezidenti Rusiyanın tezliklə NATO-ya hücum edəcəyinə şübhə ilə yanaşıb

  • Müəllif: Orxan
  • 28 Aprel 2026 16:51

Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyanın NATO ölkələrinə hücum etməsi və alyansın qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddəsinin “gücünü sınaması” üçün heç bir səbəb görmür.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

“Rusiyanın NATO-nun 5-ci maddəsini sınaqdan keçirməsi üçün heç bir səbəb görmürəm. Hibrid sınaqlar həmişə aparılacaq, bunu inkar etmirəm. Amma şimal-şərqdən başlayaraq şimal-şərqi Skandinaviya, Norveç, Finlandiya, Baltikyanı ölkələr, Polşa və Ukraynaya qədər şərq cinahına baxsanız, düşünmürəm ki, orada heç bir sınaq keçirilsin”, – deyə o qeyd edib.

Stubb qeyd edib ki, Avropa “müxtəlif ssenarilər” üzərində işləyir, lakin avropalıları “soyuqqanlı, sakit və təmkinli” qalmağa çağırıb.

Eyni zamanda, Finlandiya prezidenti bir çox Avropa ölkəsinin müdafiəyə kifayət qədər vəsait xərcləməyə başlamasını “yaxşı” bir inkişaf adlandırdı. Stubb vurğuladı ki, Avropa bundan qaçmaq üçün ən pisinə hazırlaşmalıdır.

Maqsud

Gununsesi.info