Corat bağlarından meyit tapıldı

  • Müəllif: Firuzə
  • 15 May 2026 22:13

Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, şəhərin Corat bağları yaşayış massivində 40 yaşlı kişinin cansız bədəni aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Ağayev Niyaməddin Şirvanəli oğlu olduğu müəyyən edilib.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların nümayəndələri cəlb olunublar. Meyit ekspertiza üçün təhvil verilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Gununsesi.info