CHP qurultayı ilə bağlı 13 nəfər saxlanıldı

Cümhuriyyət Xalq Partiyasının 38-ci Adi Qurultayı ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyənin 7 əyalətində əməliyyat keçirilib.

Bu barədə Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir.

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan əməliyyatlar zamanı 13 şübhəli saxlanılıb, ünvanlarda axtarış və müsadirə tədbirləri görülüb.

Şübhəlilər “Siyasi Partiyalar haqqında Qanunun pozulması”, rüşvət alma və çirkli pulların yuyulması əməllərində ittiham olunur.

 

 

Şəbnəm

Gununsesi.info