CHP-li deputatlar yenidən ona etimad göstərdi

  • Müəllif: admin
  • 24 May 2026 11:38

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu təcili olaraq partiyanın qərargahında qapalı iclas keçirib.

Gununsesi.info xəbər verir ki, iclasda Özgür Özel iştirak edən 96 deputatdan 95-nin səsini qazanaraq yenidən CHP-nin parlament qrupunun sədri seçilib.

Səsvermə zamanı cəmi bir səs etibarsız hesab olunub.

Qeyd edək ki, Ankara Dairə Məhkəməsi CHP-nin son qurultayını ləğv edərək, Kamal Kılıcdaroğlunu keçici sədr kimi tanıyıb.

Türkiyə və beynəlxalq ictimaiyyət bunu Ərdoğan hakimiyyətinin CHP-ni sıradan çıxarmaq niyyəti ilə əlaqələndirib.

 

Günay

Gununsesi.info