Zəvvarlar Bakıya bu tarixdə qayıdacaq

  • Müəllif: Firuzə
  • 30 May 2026 18:50

Bu il Azərbaycandan Həcc ziyarətinə yollanan 1150 zəvvarın vətənə qayıdış tarixləri məlum olub.

Gununsesi.info  Modern.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri bildirib ki, zəvvarların Azərbaycana ilk dönüş reysi iyunun 6-da həyata keçiriləcək.

Onun sözlərinə görə, zəvvarlarımızın vətənə son uçuşu iyunun 9-da baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılmış kvota çərçivəsində ümumilikdə 1150 nəfər müqəddəs ziyarətə yollanıb.

Gununsesi.info