Kamran Əliyev Xətaidə qəbul keçirdi - Fotolar

  • By Admin2
  • 04 İyul 2026 12:14

Baş prokuror Kamran Əliyev Xətaidə vətəndaş qəbulu keçirib.

Gununsesi.info xəbər verir ki, iyulun 3-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Xətai Rayon Prokurorluğunun inzibati binasında Xətai rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 48 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.