Müctəba Xamenei atasının dəfn mərasimində Tehranda, Qumda və Məşhəddəki cənazə namazına rəhbərlik etməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı bildirir.
Daha əvvəl belə ehtimallar irəli sürülürdü ki, İranda yeni ali rəhbər seçildikdən sonra Müctəba Xamenei ilk dəfə ictimaiyyət qarşısına çıxaraq mərasimdə cənazə namazını qılacaq.
Lakin İran dövlət mediası bildirib ki, onun əvəzinə üç yüksək rütbəli ayətullah bu vəzifəni icra edəcək.
Xatırladaq ki, Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.











