Niderland Xarici İşlər Nazirliyi Rusiyanın səfirini kiberhücum ittihamları ilə bağlı çağırıb.
Gununsesi.info Nu.nl portalına istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Tom Berendsen bildirib.
“Rusiya səfirinə mesajımız tamamilə aydındır: Nə etdiyinizi görürük və bunu qəbul etmirik”, – deyə o vurğulayıb.
Berendsen Niderlandın Ukraynaya dəstək verməyə davam edəcəyinə söz verib.
Daha əvvəl Almaniya, Fransa və Finlandiya da Rusiyanı kiberhücumlarda ittiham etmişdilər.











