Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edə bilmədi

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə neft qiymətləri ilə bağlı fikir ayrılıqları da daxil olmaqla bir sıra səbəblərdən Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyiblər.

Gununsesi.info   xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.

“21-ci paket üzrə ortaq məxrəcə gələ bilmədiyimiz üçün təəssüflənirəm, hərçənd buna çox yaxınıq. Üzv dövlətlərin müxtəlif etirazları var. Müharibə uzun illərdir davam edir və bu amil neft qiymətlərinə öz təsirini göstərir”, – o bildirib.

Gununsesi.info