Sberbank Rusiya ilə Çin arasında akademik və tənzimləyici əməkdaşlığın artdığını qeyd etdi

  • By Admin2
  • 17 İyul 2026 16:16

Rusiya və Çin arasında əməkdaşlıq bir sıra sahələrdə praktiki tətbiq mərhələsinə qədəm qoyur və hər biri artıq konkret nəticələr verir.

Gununsesi.info xəbər verir ki, bu barədə Sberbank İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bu il keçirilən Ümumdünya Süni İntellekt Konfransında (WAIC) bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin arasında əməkdaşlıq hazırda üç əsas sahəni əhatə edir: akademik əməkdaşlıq, tənzimləyici dialoq və birgə məhsul təşəbbüsləri.

Vedyaxin qeyd edib ki, “Rusiya-Çin dialoqunun dinamikası təsirlidir”.

Onun sözlərinə görə, birinci vektor akademik işdir. Rusiya və Çin universitetləri birgə olaraq təkcə nəşrlər deyil, həm də hər iki ölkənin texnoloji məktəbləri və mədəni kodları ilə tanış olan mütəxəssislər yetişdirən ikili təhsil proqramları hazırlayırlar.

Maqsud

Gununsesi.info