Bakıda 24 yaşlı gənc dənizdə boğulub.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Elcan Mirzə oğlu Mirzəyev dənizdə boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.










