İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.
Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.












