Rusiya Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin kabinetinə dron zərbəsi vurub.
Gununsesi.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, Rusiya PUA-sı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Kiyevin mərkəzində, Vladimirskaya küçəsində yerləşən binasına zərbə endirib.
Pilotsuz uçuş aparatı xüsusi xidmət orqanı rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən general Aleksandr Pokladın kabinetinə düşüb.
Zərbə zamanı Poklad kabinetdə olmayıb.
PUA-nın binaya dəyməsindən sonra yanğın baş verib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması və yanğının söndürülməsi istiqamətində işlər aparılır. Ukrayna Prezidenti Volodimir Zelenski də hadisəni təsdiqləyib. O bildirib ki, Rusiya PUA-sı Kiyevin mərkəzində, Müqəddəs Sofiya Kafedralının qarşısında yerləşən UTX-nin əsas binasına zərbə endirib.
Zelenskinin sözlərinə görə, Rusiya tərəfi məhz Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin kabinetini hədəf alıb.












