Moskvada avtomobil yolunun ortasında qeyri-adi hərəkəti ilə diqqət çəkən model polis tərəfindən saxlanılıb və cərimələnib.
Hadisə zamanı gənc qadın avtomobil yolunu ayıran beton səddin üzərinə çıxaraq burada çimərlik dəsmalı sərib və günəşlənməyə başlayıb. Hadisə yerinə gələn polis əməkdaşları qadına yaxınlaşaraq müdaxilə ediblər.

Hadisənin görüntüləri daha əvvəl sosial şəbəkələrdə yayılıb və qısa müddətdə diqqət çəkib.
Rusiya mətbuatının yaydığı məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmadan sonra qadına inzibati cərimə tətbiq edilib.
Gununsesi.info











