Ermənistan ərazisindən keçəcək TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi çərçivəsində işlərə 2027-ci ilin əvvəlində başlanılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ-ın Semafora nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Ermənistan ərazisində layihənin ilk daşının 2027-ci ilin əvvəlində qoyulması gözlənilir.
Diplomat qeyd edib ki, layihənin texniki-iqtisadi qiymətləndirilməsi 2026-cı ilin sonuna qədər başa çatdırılmalıdır.
Bununla yanaşı, səfir Ermənistanın Rusiya və İranla mövcud ənənəvi əlaqələrini qoruyub saxlamağa çalışdığını da bildirib.












