ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İnqilab Keşikçiləri Korpusuna məxsus üç xam neft tankerinin məhv edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, CENTCOM-un məlumatına görə, İran İnqilab Keşikçiləri regional sularda patrul xidməti aparan iki ABŞ Hərbi Dəniz Qüvvələri gəmisinə ballistik raketlərlə hücum edib.
ABŞ gəmilərinin hücumdan “uğurla xilas olduğu” bildirilib.
Bundan sonra ABŞ qüvvələri Xarq adası sahillərində iki İran xam neft tankerini sıradan çıxarıb, Oman körfəzində isə daha bir İran tankerini məhv edib.
CENTCOM komandanı, admiral Bred Kuper bildirib ki, ABŞ İranın məhdud və həssas neft donanmasını lazım gələrsə, məhv etməkdən çəkinməyəcək.
“İran İnqilab Keşikçilərinə mesajımız aydındır: gəmilərimə atəş açsanız, daha yüksək iqtisadi bədəl ödəyəcəksiniz”, – Kuper deyib.












