Türkmənistan Prezidenti Azərbaycana gəlib

  • Müəllif: Orxan
  • 15 Oktyabr 2026 09:18

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.