Lavrov: Rusiya AQEM-in inkişafını dəstəkləyir

  • Müəllif: Firuzə
  • 15 Oktyabr 2026 14:37

Rusiya AQEM-in inkişafını və Avrasiyada əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O, Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il uzadılması münasibətilə ölkəni təbrik edib.

O, AQEM, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı arasında əməkdaşlığın gücləndirilməsinin regional təhlükəsizlik, sabitlik və inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Gununsesi.info