Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.
Bildirilib ki, Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boinq 737-8GJ” tipli təyyarə dünən Düşənbədən Bakıya gəlib.
“Tacikistan prezidenti bir sıra digər ölkələrin liderləri ilə birlikdə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Zirvə Toplantısında iştirak etmək üçün dünəndən etibarən Bakıya gəlib. Lakin “Boinq 737-8GJ” təyyarəsi Tacikistan prezidentinə xidmət etmir.
Ermənistan da rəsmi nümayəndə heyətlərini gözləyir, orada COP17 çərçivəsində Liderlər Zirvə Toplantısının keçirilməsi nəzərdə tutulub”, – məlumatda qeyd olunub.












