Vahid məktəbli geyimi şagirdlər arasında bərabərlik hissini gücləndirir

“Vahid məktəbli geyimi şagirdlər arasında bərabərlik hissinin formalaşmasına və maddi imkanlara görə fərqlərin azalmasına kömək edir”.

Bunu Gununsesi.info -ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“Eyni geyim forması uşaqların bir-birini geyiminə görə müqayisə etməsinin qarşısını almaqda müəyyən rol oynayır. Bu, şagirdlərin diqqətini xarici görünüşdən daha çox dərslərə yönəltməsinə şərait yarada bilər.

Bununla yanaşı, vahid geyim məktəbdə bütün sosial fərqləri aradan qaldırmır.

Uşaqlar arasında sağlam münasibətlərin qurulması üçün qarşılıqlı hörmət və anlayışın aşılanması vacibdir. Məktəbli geyimi seçilərkən şagirdlərin rahatlığı, geyimin keyfiyyəti və mövsümə uyğunluğu da nəzərə alınmalıdır. Əsas məqsəd uşaqların məktəbdə özlərini rahat, güvənli və bərabər hiss etmələrinə şərait yaratmaqdır”.

 

Gununsesi.info