Vətəndaş Tuncay Əliyev Birmarket (Umico Market) platforması tərəfindən haqsız yerə bloklandığını iddia edir.
Gununsesi.info xəbər verir ki, vətəndaşın sözlərinə görə, əvvəlki sifarişlərindən birində məhsulu götürməsə də, sonradan 12 aylıq kreditlə məhsul əldə edib və artıq iki aydır ödənişlərini vaxtında həyata keçirir.
Şikayətçi bildirib ki, kredit ödənişlərini müntəzəm etməsinə baxmayaraq, onun FİN kodu platformada blokda saxlanılır.
O, məsələ ilə bağlı çağrı mərkəzinə və müvafiq departamentə müraciət etsə də, problemin həllini tapa bilmədiyini qeyd edib.
“Bir tərəfdən məsuliyyətli müştəri kimi hər ay banka ödəniş edirəm, digər tərəfdən isə platformadan istifadə hüququm əlimdən alınır. Həm məndən faiz qazanırlar, həm də FİN kodumu blokda saxlayırlar. Çağrı mərkəzi və departament kömək etmir, ancaq ‘pulu ödə’ deyirlər”, – deyə Tuncay Əliyev bildirib.
Vətəndaş yaranmış vəziyyəti ədalətsiz yanaşma kimi qiymətləndirərək Birmarket rəhbərliyindən məsələyə aydınlıq gətirilməsini və FİN kodunun blokdan çıxarılmasını tələb edib.
Məsələ ilə bağlı Birmarket rəhbərliyinin mövqeyi məlum deyil.
Elmar










