Göygöl Milli Parkının ərazisi hasarlanıb? - Rəsmi açıqlama

Göygöl Milli Parkı ərazisinin hasarlanması barədə sosial şəbəkələrdə iddialar yayılıb.

 

Gununsesi.info xəbər verir ki, yayılan məlumatlarda hasarlama işi ilə bağlı “Fige” MMC ilə müqavilə bağlandığı bildirilib.

 

Qeyd edilib ki, müqavilənin ümumi dəyəri 24 min 42 manat təşkil edir.

 

Məsələni aydınlaşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, milli parkın yaşayış məntəqələri ilə həmsərhəd olan ərazilərində çəpərləmə işləri həyata keçirilir:

“Çəpərləmə işləri xüsusi mühafizə olunan təbiət ərazilərində bioloji müxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın ərazilərə daxil olmasının qarşısının alınması məqsədi daşıyır”./Qafqazinfo