Bakıda polkovnikin idarə etdiyi avtomobil qadını vurdu

  • Müəllif: Firuzə
  • 06 Noyabr 2026 22:23

Bakı sakini avtomobillə qarajdan çıxarkən qəza törədib.

Gununesi.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Naxçivani küçəsi, ev 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağının qarşısında baş verib.

1958-ci il təvəllüdlü Həsən Arif oğlu Seyidbəyov idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə qarajdan çıxarkən 1955-ci il təvəllüdlü Esmira Həsənağa qızı Sadıqovanı vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, H.Seyidbəyov polkovnikdir və yüksək vəzifədə çalışır. (oxu.az)

Gununesi.info