ABŞ Irana hücum edəcəksə, İran Bəhreynə və Birləşmiş Ərəb Əmirliklərinə birbaşa  quru qoşunları ilə  hücum edə bilər. İranın Bəhreyi işğal etməsi regionda eskalasiyanı genişlənməsinə gətirib çıxarması mümkündür. İran rejimi daxili vəziyyətdən arxayın olduğu üçün bu müharibəyə tam hazırlaşıb. Ona görə də müdafiədən hücuma keçəcək.

ABŞ -ın İranda hərbi yolla rejimi deyişməsi mümkün görünmür. ABŞ Irana bağlı hərbi kampaniyası onunla atəşkəsə getməklə fiyaskoya uğradı. Əgər, hərbi əməliyyatlar bir neçə ay davam edərdisə, ölkədə çətin iqtisadi və sosial vəziyyət yaranacaqdı. D. Tramp bit növ atəşkəsə getməsi Tehranın nəfəs almasına və gücləndirilməsinə gətirib çıxardı. Çin və Rusiya İrana hərbi lojistika dəstəyi göstərməklə ABŞ Fars körfəzində strateji böhrana yuvarlayıblar.

ABŞ və İran arasında aparılan danışıqlarda Tehran məğlub tərəf kimi deyil, qalib kimi masada əyləşərək öz şərtlərini diktə edir.

Tərəflər siyasi iradə nümayiş etdirib, ortaq məxrəcə gələ bilərlər. Bunun üçün ABŞ İranın elmi məqsədlər üçün nüvəni zənginləşdirməsinə razı olmalıdır.