“Abituriyent” jurnalının 8-ci nömrəsi çap olunub

  • Müəllif: admin
  • 15 Avqust 2017 11:18

02

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci nömrəsini nəşr edib.

DİM-dən Gununsesi.info-ya verilən məlumata görə, jurnalın 2017/2018-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan plan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Anar

Gununsesi.info