Parlament dekabrda əlavə daha bir iclas keçirə bilər

  • Müəllif: admin
  • 15 Dekabr 2017 12:16

Milli Məclisin dekabrda plandan əlavə daha bir iclası keçirilə bilər. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasının gündəliyində xeyli məsələlər var: “Elə bu günkü iclasın gündəliyinə 39 məsələ salınıb. Əgər nəzərdə tutulan məsələlər çatdırılmazsa, o zaman əlavə bir iclas keçirilə bilər”.

Mürtəza

Gununsesi.info