İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb – FOTO

  • Müəllif: admin
  • 03 Noyabr 2023 15:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri noyabrın 3-də başa çatıb.

Gununsesi.info istinadən bildirir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola saldılar.