Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

  • Müəllif: Orxan
  • 20 Dekabr 2024 13:44

Böyük Britaniyanın Gürcüstandakı səfiri Gareth Uord ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, buna səbəb Britaniyanın Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə qarşı sanksiya tətbiq etməsi olub.

Xatırladaq ki, dekabrın 19-da Böyük Britaniya V.Qomelauri və Gürcüstan DİN-in daha 4 əməkdaşını sanksiya siyahısına daxil edib.

Gununsesi.info