Vətəndaşların hüquq-mühafizə orqanlarında 48 saatdan artıq saxlanılması halları var

  • By admin
  • 13 Avqust 2025 09:26

ABŞ Dövlət Departamenti 2024-cü ildə insan hüquqlarının durumuna dair hesabatını dərc edib.

Qeyd edək ki, hər ilin martında dərc edilən hesabatın açıqlanması bu il avqusta çəkdi.

Gununsesi.info xəbər verir ki, sənəddə Azərbaycana da yer ayrılıb.

Sənəddə diqqəti çəkən məqamlardan biri hüquq-mühafizə orqanlarının saxladığı şəxsləri əksər hallarda qanunda nəzərdə tutulan 48 saatdan artıq müddətə saxlaması barədədir.

“Qanuna görə, məhbuslar həbs olunduqdan sonra 48 saat ərzində hakim qarşısına çıxmalı və cinayətdə ittiham olunmalı, yaxud da sərbəst buraxılmalıdır.  Hakim məhbusu azad edə və ya onun barəsində həbs qətimkan tədbiri, ya da ev dustaqlığına buraxılması barədə order verə bilər. Səlahiyyətlilər bəzən şəxsləri ordersiz 48 saatdan çox saxlayıblar. 

Baş Prokurorluqdan araşdırmanı başa çatdırmaq tələb olunsa da,”bu, baş verməyib” , – deyə hesabatda yazılır.

Sənəddə, həmçinin həbsdə olan şəxslərin istintaq prosesinin uzadılmasından da bəhs olunub.

 

Günay

Gununsesi.info