Namiqdən sonra Şəbnəm Tovuzlu da Rusiyaya buraxılmadı - VİDEO

  • Müəllif: Firuzə
  • 29 Avqust 2025 15:48

Müğənni Şəbnəm Tovuzlu Rusiyaya buraxılmayıb.

Gununsesi.info xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkələrə paylaşım edib. O, həkim Ruslan Rəsulla birlikdə Rusiyaya buraxılmadığını deyib.

“Yenə Samarada qalmışıq. Gözəl aparıcımız Çinarə getdi, həyat yoldaşı burada qalıb. Gülürük, amma camaatın toyu… Biabırçılıqdır, bunun bir sonu olmalıdır. İnsanı 6 saat hava limanında saxlayarlarmı?!”,- deyə o əlavə edib.

“Təkcə bizi yox, bütün dövlətlərin millətlərini incidirlər. Nədir, nədir, yoxlama olacaq. Nə etmişik?!”,- deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl də meyxanaçı Namiq Qaraçuxurlu (Namiq Şükürov) Rusiyaya buraxılmayıb. O, ötən gecə Şeremetyevo Beynəlxalq Hava Limanında sərhəd xidməti əməkdaşları tərəfindən saxlanılıb. İfaçının köməkçisi İlkin Şükürovun da (qardaşı oğlu – red.) ölkəyə keçməsinə icazə verilməyib. Bir neçə saat dindirildikdən sonra İlkin sərbəst buraxılıb.
İddialara görə, Namiq Qaraçuxurlunun saxlanılma prosesi bir neçə saat çəkib.

 

 

 

Gununsesi.info