AB Rusiyaya qarşı sanksiya ilə bağlı razılığa gələ bilmədi

  • By admin
  • 29 May 2022 21:58

Avropa Birliyinə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi bu gün növbəti dəfə Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı qərarla razılaşa bilməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun jurnalisti Rikard Jozviyak deyib.

“Bu gün AB səfirləri arasında Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılıq yoxdur. Onlar sabah səhər yenidən görüşəcəklər”, – Yozviyak deyib.

Gununsesi.info