
ABŞ-ın Kolorado ştatındakı Çeyen dağ zooparkında yaşayan 5 filin azadlığı üçün açılan iddia Ali Məhkəmə tərəfindən rədd edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Məhkəmə fillərin qanuni olaraq “insan” sayıla bilməyəcəyinə qərar verib.
Bildiririk ki, Heyvanların hüquqları uğrunda mübarizə ABŞ- ın Kolorado ştatında məhkəməyə verilib.
Beş filin azadlığı üçün açılan iddia məhkəmənin rədd qərarı ilə nəticələnib.
Heyvanların hüquqlarını müdafiə edən Qeyri-İnsan Haqları Layihəsi (NRP) Missy, Kimba, Lucky, LouLou və Jambo adlı fillərin zooparkda əsirlikdə saxlanmasını və fil qoruquna köçürülməsini tələb edərək məhkəməyə müraciət edib.
Qrup, fillərin emosional və idrak cəhətdən inkişaf etmiş canlılar olduğunu bildirərək, insanlara verilən “habeas corpus” prinsipi çərçivəsində onların azadlıqlarının təmin edilməsini tələb edib.
Bununla belə, Kolorado Ali Məhkəməsi 6-0 səslə qərar verib ki, habeas corpus prinsipi fillərə şamil edilmir. Məhkəmə hakimlərindən Maria Berkenkotter, fillərin nə qədər ağıllı və sosial varlıq olsalar da, hüquqi şəxs statusuna malik olmadığını bildirdi.
NRP zooparkın şərtlərini tənqid edərək, fillərin xroniki stress, travma və beyin zədəsi kimi problemlərlə üzləşdiyini irəli sürüb. Qrup bu ağıllı heyvanların təbii mühitinə uyğun sığınacaqlara köçürülməsinin vacib olduğunu bildirib.
Zoopark rəhbərliyi fillərin əsirlikdə olması ilə bağlı iddiaları rədd edib. Məhkəməyə təqdim edilən sənədlərdə fillərin “fövqəladə qayğı və sevgi” gördüyü iddia edilib. Ali Məhkəmənin qərarını alqışlayan zoopark rəsmiləri işi “əsassız” adlandırıb və bunun vaxt və maliyyə resurslarının itkisi ilə nəticələndiyini bildiriblər.
Daha əvvəl Nyu-Yorkun Bronx Zooparkında Happy adlı fil üçün oxşar iddia qaldıran NRP bu işdə də uğursuzluğa düçar olub.
Orxan Saffari