ABŞ Qod Nisanov və Zaxarovaya sanksiya tətbiq etdi

  • By admin
  • 02 İyun 2022 20:10

ABŞ hökuməti Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Sanksiya siyahısına Azərbaycan əsilli iş adamı Qod Nisanov, həmçinin hakim dairələrə yaxın Mordaşov, Rolduqin, Reşetnikov və başqaları daxil olmaqla, 16 fiziki şəxs daxil edilib.

Həmçinin 15 hüquqi şəxsə də sanksiya tətbiq edildiyi bildirilir.

***

ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusdan olan ümumilikdə 71 hüquqi şəxsə sanksiya tətbiq edib.

Gununsesi.info