Fəhlələr tullantı qazından zəhərləndi: ÖLƏNLƏR VAR

  • By admin
  • 02 İyun 2022 20:50

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə “Təyyarə meydanı” adlanan yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, ərazidə kanalizasiya sistemində çalışan 2 fəhlə tullantılardan yaranan qaz nəticəsində zəhərləniblər. Onlardan biri vəfat edib, biri isə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, hadisə P.Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə çəkilən yeni kanalizasiya xəttində tutulma baş verib. Kanalizasiyadakı tutulmanı aradan qaldırmaq istəyən Biləsuvar şəhər Mənzil İstismar Sahəsinin baş mühəndisi, 1957-ci il təvəllüdlü Allahyar Xudayar oğlu Əsgərov ölüb, fəhlə 1991-ci il təvəllüdlü Asif Vasif oğlu Mirzəyevi sə zəhərlənərək Biləsuvar Rayon Mərkəzi Xəsətəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, baş mühədis və iki fəhlə kanalizasiyada baş verən nasazlığı aradan qaldırmaq üçün əraziyə gəliblər. Bu zaman kanalizasiya anbarında yaranan zəhərli qaz kütləsi anbarın aşağı hissəsində olan fəhlənin zəhərlənməsinə səbəb olub. Baş mühəndis özü anbara düşərək fəhləni xilas etmək istəyərkən vəfat edib.

Orda çalışan digər fəhlə, 1989-cu il Nurəddin Ağadi oğlu Səfərov da zəhərlənib. Onun vəziyyəti normallaşıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Gununsesi.info