Qod Nisanov Amerikanın sanksiyalar siyahısına düşdü – SİYAHIDA DAHA KİMLƏR VAR?

  • By admin
  • 02 İyun 2022 21:02

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Gununsesi.info  xəbər verir ki, rusiyalı milyarderlər Aleksey Mordaşov və Qod Nisanov, eləcə də Rusiya XİN sözçüsü Mariya Zaxarova da daxil olmaqla bir neçə hökumət üzvü sanksiyalara məruz qalıb.

Vaşinqton “Severstal”a qarşı da sanksiyalar tətbiq edib. Bu xəbərdən sonra müəssisənin səhmləri 12 faiz ucuzlaşıb. “Qara siyahıda” “Nordgold” və daha 15 Rusiya şirkəti var. Məhdudiyyətlər ruslarla əlaqəli olan 7 yaxta və 3 təyyarəyə də şamil edilib.

Təyyarələrdən ikisinin Dumanın deputatı Andrey Skoçla, iki yaxtanın isə prezident Putinlə əlaqəli olduğu bildirilir.

Baş nazirin müavini Dmitri Qriqorenko, nəqliyyat naziri Vitali Savelyev, iqtisadi inkişaf naziri Maksim Reşetnikov və tikinti naziri İrek Fayzullin, həmçinin Putinin dostu, violonçel ifaçısı Sergey Roldugin də sanksiya siyahısında yer alıb.

Gununsesi.info