ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ Senatının 100 üzvündən 81-i Ukraynada sülh danışıqları uğursuz olacağı təqdirdə Rusiyaya və onun müttəfiqlərinə qarşı sərt sanksiyaların tətbiqini dəstəkləməyə hazır olduqlarını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Demokrat senator Riçard Blumental və Respublikaçı senator Lindsi Qrem mayın 21-də yayılmış birgə bəyanatlarında bildiriblər. Məlumata əsasən Onların müəllifi olduqları qanun layihəsini artıq 50 senator rəsmi şəkildə dəstəkləyib.

Qanun layihəsində qeyd olunur ki, əgər Rusiya sülh danışıqlarından imtina edərsə və ya sülh razılaşmasından sonra Ukraynanın suverenliyini pozmağa cəhd göstərərsə, ciddi iqtisadi sanksiyalar tətbiq olunacaq. Təklif olunan tədbirlər arasında Rusiya nefti, qazı, uranı və digər məhsullarını idxal edən ölkələrin mallarına 500 faizədək rüsum tətbiqi də yer alır.

Senatorlar əlavə ediblər ki, qanun layihəsi Rusiyanı daha da təcrid etməyə yönəlib. Xüsusilə Çinin kölgə donanması ilə ucuz rus nefti alaraq Putinin müharibə maşınına dəstək verdiyi vurğulanır və buna görə Pekinin iqtisadi məsuliyyət daşımalı olduğu qeyd edilir.

Senator Marko Rubio isə bildirib ki, Rusiya yaxın günlərdə atəşkəs təklifi ilə çıxış edə bilər. Lakin senatorlar Moskvanın bu təşəbbüsünün səmimiliyinə şübhə ilə yanaşırlar.

Şəbnəm

Gununsesi.info