ABŞ Suriyadakı hədəflərə hava zərbələri endirib

ABŞ ordusu Suriyadakı hədəflərə dəqiq hava zərbələri endirib.

Gununsesi.info Tass-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, martın 23-də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə 6 nəfər ölüb bir nəfər yaralanıb. Hadisə ilə bağlı ABŞ müdafiə naziri Lloyd Austin bildirib ki, prezident Co Baydenin göstərişi ilə hücuma cavab verilib.

“Bu gecə Suriyanın şərqində SEPAH ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirilib. Heç bir qrup bizim qoşunlarımıza qarşı cəzasız qalmayacaq”,- deyə Austin qeyd edib.

 

Gununsesi.info